Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib
Şəmkirin Qılıncbəyli kəndində "Toyota Land Cruiser" markalı avtomobilin aşması nəticəsində 1995-ci il təvəllüdlü Elgün Abbasov və həmyaşıdı Eşqin Abbasov ölüb, habelə daha bir nəfər xəsarət alıb.Yaralı xəstəxanaya aparılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.
12 noyabr 2026

