Şəmkirdə çay evində insident olub, avtomobil atəşə tutulub
2021-03-14 14:09
Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıb. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Fakt araşdırılır.
Vüsalə camal