Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb
Su hövzələrində balıq populyasiyasının artırılmasına, ekosistemin qorunmasına və su bioresurslarının bərpasına töhfə vermək məqsədilə Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb. Balıqartırma zavodlarında yetişdirilən 200 min çəki kimi balıq körpəsi anbarlara buraxılıb.
ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı oktyabrın sonunadək davam edəcək.