Şəmkir və Tovuz rayonları ərazilərində oğurluq edənlər saxlanılıb
Polisin keçirdiyi əməliyyatla Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.Müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.Araşdırmalar davam etdirilir.
15 aprel 2026

