Şəmkir və Kəlbəcərdə avtomobil qəzaları olub, xəsarət alanlar var
Bakı-Qazax avtomobil yolunun Şəmkirdən keçən hissəsində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Nəticədə, bir ailənin 4 üzüvü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Kəlbəcərin Tirkeşəvənd kəndində də avtomobil idarəetmədən çıxaraq aşıb. 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.