Şəmkir və Şirvanda yol-nəqliyyat hadisələri baş verib, xəsarət alanlar var
Şəmkirdə "Ford" markalı kiçiktutumlu yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində 2 nəfər rayon sakini xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında isə iki avtomobil toqquşub. Nəticədə Saatlının Azadkənd kənd sakini, 1955-ci il təvəllüdlü Süleymanov Vaqif İsa oğlu və daha bir nəfər xəsarət alıb. Süleymanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, digər yaralının xəsarəti yüngül olduğundan, ambulator müalicəyə buraxılıb.