Canlı
Şəmkir sakinini cərəyən vurub

2018-02-09 / 18:14

Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Düyərli kənd sakini, 43 yaşlı Səyyar Eyvazovu elektrik cərəyanı vurub. Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Eyvazova tibbi yardım göstərilən zaman onun öldüyü məlum olub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Vüsalə Camal