Şəmkir sakinindən silah sursat götürülüb
2021-06-08 14:08
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olan məlumat əsasında Şəmkirdə əməliyyat keçiriblər. Nəticədə rayon sakinindən “AKS-74” markalı avtomat silahı və 1 ədəd süngü bıçaq, habelə gizlətdiyi “AK” markalı avtomat silahı, 30 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Vüsalə Camal