Canlı
Şəmkir sakinindən silah-sursat aşkarlanıb

2018-05-16 / 12:12

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Qalib Məmmədov saxlanılıb. Evinə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunub. Ona məxsus istixanadan isə xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb. Fakt üzrə cinayət işi açılıb.

Ruhəngiz Hacızadə