Şəmkir sakini qardaşını bıçaqlayıb
Şəmkir rayon Polis Şöbəsinə rayonun Kür qəsəbə sakini Anar Babayevin daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən qardaşı 1982-ci il təvəllüdlü Yaşar Babayev saxlanılıb. Fakt araşdırılır.