Şəmkir rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
2021-06-24 10:07
Şəmkir rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Ş.Fətəliyevanı avtomobil vurub. O, ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Fərid Mehdiyev