Şəmkir-Gədəbəy yolu buz bağlayıb, avtomobillərin hərəkəti dayanıb
2021-12-22 14:08
Şəmkir-Gədəbəy yolunun Şəmkirdən keçən hissəsi buz bağlayıb. Yolda avtomobillərin hərəkətində problemlər yaranıb. Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin Şəmkir rayon 25 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Avtomobillərin hərəkətinin bərpası üçün işlər görülür.
Nərgiz camal