Şəmkir balıq zavodu hərraca çıxarılır
2021-05-03 16:10
Şəmkir rayonu, Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən Şəmkir Balıq Zavodu 25 mayda keçiriləcək hərraca çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, müəssisə və hərracda iştirak şərtləri barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına və ya Özəlləşdirmə Portalına daxil olaraq məlumat əldə etmək olar.
Vüsalə Camal