Şəmkir ölkə üzrə aqrar istehsalda ön sıralardadır
Şəmkirdə keçirilən regional müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı aqrar sahənin yeni inkişaf mərhələsinə keçidini təmin edəcək. Onun sözlərinə görə, Şəmkir son illər həyata keçirilən dövlət dəstəyi nəticəsində ölkənin aparıcı aqrar rayonlarından birinə çevrilib. 2025-ci ildə rayonda ümumi məhsul istehsalında kənd təsərrüfatının payı 70 faizdən çox təşkil edib. Rəşad Tağıyev qeyd edib ki, qarşıdakı dövrdə müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv bağçılığın inkişafı və ixracyönümlü istehsal əsas prioritetlər olacaq.
19 iyun 2026

