Şəkidə yanğın olub
2021-12-10 16:06
Şəkinin Qozlubulaq kəndində, yerli sakin 39 yaşlı Şabanov Elşad Novruz oğluna məxsus ikimərtəbəli, 4 otaq və aynabənddən ibarət fərdi yaşayış evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Vüsalə camal