Canlı
Şəkidə yağan yağış kəndlilər üçün təhlükə yaradıb

2018-07-09 / 16:17

Şəkinin Şin çayında ötən gün dağlara yağan yağış səsbindən sululuq artıb. Çay özüylə bərabər böyük lil kütləsi gətirib. Daha çox təhlükə çayın Baş Göynük kəndi ərazisində yaşanıb. Burada bəndləri aşan çay kənd üçün təhlükə törədib. Həmçinin çay bənd olmayan tərəfin torpağının bir qismini yuyub aparıb. Şəki Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, yalnız lil qatı quruduqdan sora əraziyə lilin təmizlənməsi üçün texnika cəlb etmək mümkün olacaq.

Fərid Mehdiyev