Şəkidə traktorla minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb
2021-11-05 10:07
Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 32-ci kilometrliyində, Şəkinin Suçma kəndindən keçən hissəsində "Toyota Prado" markalı minik avtomobili Dərəcənnət kənd sakini, 53 yaşlı Elman Məmmədovun idarə etdiyi traktoru arxadan vurub.Traktorun sürücüsü və sürücünün həyat yoldaşı 46 yaşlı Məhəbbət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Fərid Mehdiyev