Şəkidə sürücü bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
2021-05-26 14:06
Səhər saatlarında Şəki şəhərinin Süleyman Eldarov küçəsində yerli sakin Zur Lətifov idarə etdiyi “KamAZ” markalı yük maşınının banında olan mişar daşını boşaltmaq istəyən zaman maşın aşıb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin otra-ağır olduğu bildirilir. Araşdırma aparılır.
Vüsalə camal