Canlı
Şəkidə reanimasiya şöbəsinə buraxılmayan şəxs xəstəxana əməkdaşlarını döyüb

2018-09-11 / 16:00

Şəki Rayon Mərkəzi Xəstəxanasının iki işçisi döyülüb. Tibb bacısı 48 yaşlı Yeganə Rəsulova qapalı kəllə beyin travması alıb və reanimasiya şöbəsinə yerləşdirilib. Qarın nahiyəsindən zərbə alan xadimə, 63 yaşlı Firəngiz Cəfərova isə vəziyyəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Hadisəyə səbəb qardaşı reanimasiyada müalicə alan şəxsin içəriyə buraxılmaması olub. Tibb işçiləri reanimasiya şöbəsinə icazəsiz daxil olmağın qadağan edildiyini bildirsələr də, bu cavab onu qane etməyib. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi araşdırma aparır.

Ruhəngiz Hacızadə