Canlı
Şəkidə müəllimə itin hücumuna məruz qalıb

2018-02-13 / 10:01

Şəkidə işə gedən müəlliməni sahibsiz it dişləyib. Bu gün səhər saatlarında 41 yaşlı Xəyalə Qədirbəyova it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Məlumata görə, Şəkidəki ümumtəhsil məktəblərinin birində müəllim işləyən Xəyalə Qədirbəyova işə gedərkən küçədə sahibsiz itin hücumuna məruz qalıb. Nəticədə it Xəyala Qədirbəyovanın sağ baldır nahiyəsindən dişləyib. Xəyala Qədirbəyovaya lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

Vəfa Şairova