"Şəkidə gimnaziyada qızılca infeksiyası yayılıb" - Səhiyyə Nazirliyi
Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında qızılca infeksiyasına yoluxma halları baş verib. Gimnaziyanin 22 sinifindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib. Yoluxmuş uşaqlar izolyasiya edilib, onlardan laborator müayinə üçün nümunələr götürülüb, uşaqlara xəstəxana şəraitində tibbi yardım göstərilib. Hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Səhiyyə Nazirliyi qızılca xəstəliyinin qarşısının alınması üçün vaksinasiyanın vacibliyini bir daha vurğulayıb.
Nərgiz Camalzadə