Şəkidə fərdi yaşayış evində ailə münaqişəsi, daha sonra yanğın olub
Şəkidə Tofiq Süleymanova məxsus 3 otaqlı fərdi yaşayış evi əşyaları ilə yanıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğından əvvəl ailə münaqişəsi zəminində ev sahibinin oğlu, 1986-cı il təvəllüdlü Seymur Süleymanov baş nahiyəsindən xəsarət alıb. Olay yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadas ona yerində yardım göstəriblər.
Lalə Nəsib