Şəkidə ev əşyalarıyla birgə yanıb
Şəkinin Vərəzət kəndində yerli sakin Neymət Məmmədəli oğlu Həbilova məxsus kürsülü, birmərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evi içərisində olan əşyalarla birlikdə yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Nərgiz Camalzadə