Şəkidə beşmərtəbəli binada partlayış baş verib, xəsarət alan var

2019-04-15 / 10:15

Şəkidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 79 yaşlı Tofiq Hüseynov xəsarət alıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub.

Fərid Mehdiyev