Şəkidə artıq payızlıq səpin işlərinə başlanılıb

Ölkənin ən iri taxılçılıq rayonu olan Şəkidə artıq payızlıq səpin işlərinə başlanılıb. Bu il rayonda 62 min hektar sahədə payızlıq taxıl səpininin aparılması proqnozlaşdırılır. İşlərin keyfiyyətli aparılması və vaxtında yekunlaşdırılması üçün fermerlər ixtiyarlarında olan texnikaları saz vəziyyətə gətiriblər. Logistik gübrə bazasına 540 ton ammofosfat, 120 ton nitroammofosfat gübrəsi gətirilib və sahibkarlara güzəştli şərtlərlə satılıb.

Vəfa Şairova