Şəkidə 5 nəfəri it dişləyib
Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı oğlan uşağı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
03 iyul 2026

