Şəkidə 2 yaşlı körpə ağır xəsarət aldı
2020-05-18 10:04
Şəkinin Oxud kəndində bədbəxt hadisə olub. 2 yaşlı İnci Şükürlü anasının diqqətindən yayınaraq yıxılıb və ağır bədən xəsarətləri alıb. Azyaşlı Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Fərid Mehdiyev