Şəkidə üç minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb
2021-04-11 10:05
Şəkidə üç minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb. Hərəkətdə olan, 1990-cı il təvəllüdlü Hafiz Əfəndizadənin idarə etdiyi "Niva" 1995-ci il təvəllüdlü Sərxan Arif oğlu Xəlilovun idarə etdiyi "Mersedes" ilə toqquşub. Qəzadan sonra avtomobillər yolun kənarında dayanan Vidadi Qeysər oğlu Əfəndiyevə məxsus "Hundai" avtomobilinə çırpılıb. Qəza nəticəsində “Niva”nın sükanı arxasında sıxılmış vəziyyətdə qalan sürücü Hafiz Əfəndizadə xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verilib.
Vüsalə camal