Canlı
Şəki sakinlərinə qarşı dələduzluq edən şəxs saxlanılıb

2018-02-09 / 12:02

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib. Polisin keçirdiyi əməliyyat nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. O, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb. Dadaşovun ötən il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib.

Ruhəngiz Hacızadə