Canlı
Şəki sənətkarlar üçün daha bir imkan yaradılır

Şəkidə fəaliyyətə başlayacaq Keramika mərkəzi sənətkarlara öz məhsullarını rahat satmaq imkanı yaradacaq. Mərkəz ASAN xidmətin tərkibində fəaliyyət göstərən “Abad yaradıcılıq mərkəzi” tərəfindən yaradılır. Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunda fəaliyyət göstərəcək keramika mərkəzində şəkili sənətkarlar öz əl işlərini nümayiş etdirə biləcəklər. Mərkəz ilin sonuna kimi hazır olacaq.

Fərid Mehdizadə