Canlı
Şəhriyar Məmmədyarov rəqibi ilə xalları yarı bölüb

2018-03-13 / 08:50

Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar turnirində 3-cü turun oyunları baş tutub. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla amerikalı Fabiano Karuana ilə üz-üzə gəlib. Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb. Bununla da, 33 yaşlı qrossmeysterimiz ardıcıl ikinci qarşılaşmasında xalları yarı bölüb. Hazırda Şəhriyarın aktivində 2 xal var və Karuana ilə 2-ci 3-cü yerləri bölüşür.

Vəfa Şairova