Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq
Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsində çıxış edəcək. Oktyabrın 14-dən 21-dək keçiriləcək seriyanın təşkilatçısı Maqnus Karlsendir. Turnirdə 16 şahmatçı mübarizə aparacaq. Ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.