Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə qeyri-stabil çıxışını davam etdirir
2021-05-10 10:05
Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən turnirdə növbəti görüşünə çıxıb. 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana ilə üz-üzə gəlib. Qarşılaşma 66-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb. Bu, Məmmədyarovun turnirdə ikinci məğlubiyyəti olub.
Nərgiz camal