Şəhriyar dünya çempionuna təslim olmasa da, 13 yaşlı rəqibinə uduzub
2021-05-20 10:11
Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turu onlayn yarış seriyasının dördüncü mərhələsində mübarizəyə başlayıb. 37 yaşlı qrossmeyster turnirin ilk günündə 4 görüş keçirib. İlk 3 partiyada müvafiq olaraq, Erik Hansen, Karlsen və Yorden van Forestlə heç-heçə edən Məmmədyarov sonuncu qarşılaşmada 13 yaşlı Abhimanyu Mişraya uduzub.
Vüsalə camal