Şəhidlərin xatirəsinə həsr olunan yarışın qalibləri bəlli olub
2021-04-19 18:10
Vətən müharibəsi şəhidləri İlqar Bürcəliyev və Şöhrət Əliyevin xatirəsinə həsr olunan mini-futbol üzrə yarış başa çatıb. 2009-2010-cu il təvəllüdlü futbolçuların mübarizə apardığı və 8 komandanın çıxış etdiyi birinciliyin sonunda mükafatlandırma mərasimi keçirilib. Çinar 1-ci, Gəncə TİM 2-ci, Ümid isə 3-cü yerə layiq görülüb.
Vüsalə camal