Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan abidə ziyarət edilib
2020-12-10 14:04
Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Ölkə liderləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar. Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan abidə də ziyarət edilib.
Vəfa Şairova