"Şəhid və qazi ailələrinin banklara olan borclarının silinməsi ilə bağlı işlər görülür" Elman Rüstəmov
2020-12-09 14:05
Şəhid və qazi ailələrinə ciddi diqqət göstərilməsi istiqamətində işlər görülür. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, onların banklarda olan borclarının silinməsi və digər məsələlərlə bağlı mərkəzin yaradılması üzərində işlər görülür. “Maliyyə sektorunda da bu istiqamətdə tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən də bununla bağlı çox ciddi göstərişlər verilib” - deyə Mərkəzi Bankın sədri vurğulayıb.
Vüsalə Camal