Şəhid olan hərbçi Şəmkirdə dəfn olunub
2021-11-18 14:00
Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Murad Xəlilov Şəmkirdə torpağa tapşırılıb. Şəhidin cənazəsi Çinarlı qəsəbəsinə, yaşadığı evə gətirilib. Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib. Şəhid Çinarlı qəsəbə qəbiristanlığında dəfn edilib.
Vüsalə camal