Şəhid hərbi qulluqçumuz Gəncədə torpağa tapşırılıb
2021-11-17 16:11
Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla əlaqədar gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyevlə vida mərasimi keçirilib. Şəhidin cənazəsi Gəncədə yaşadığı evə gətirilib. Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər. Mərasimdən sonra Natiq Əliyevin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu 1989-cu ildə anadan olub. Yaş yarımlıq bir qızı Vətənə yadigar qalıb.
Nərgiz camal