Şəhid ailələri və qazilərlə bağlı “Zəfər” altsistemi yaradılır
2021-10-27 16:12
Prezident İlham Əliyev şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Prezidentin 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılır. İlham Əliyevin “Taxıl haqqında” qanunun tətbiq edilməsi barədə fərmanında dəyişikliyə əsasən, Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.
Vüsalə camal