Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzil verilib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib.20 Sentyabr Dövlət Suverenliyi Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyadan olan vətəndaşlara mənzillərin sənədləri təqdim edilib.Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.
18 sentyabr 2026

