Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup yaradılıb
2020-12-09 18:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup fəaliyyətə başlayıb. Qrup üzvləri tərəfindən həmin vətəndaşlarla görüş keçirilir, sosial vəziyyətləri öyrənilir, ehtiyac duyduqları dəstək istiqamətləri müəyyən edilir. Xüsusilə də şəhid ailələrinə sosial təminat növləri üzrə ödənişlərin təyin olunması üçün müvafiq sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və təyinatlar həyata keçirilir.
Nərgiz Camal