Şəhid ailələri və müharibə əlilləri üçün sosial dəstək tədbirləri hazırlanır
2020-11-12 16:00
Şəhid ailələri və müharibə əlilləri, habelə erməni terrorundan zərər çəkən mülki şəxslərlə bağlı yeni sosial dəstək tədbirləri həyata keçiriləcək. Onlar özünüməşğulluq proqramına növbədənkənar cəlb olunmaqla, onların proqram çərçivəsində kiçik bizneslərinin qurulması işləri daha da genişləndiriləcək. İşsiz və işaxtaran olan vətəndaşlara münasib vakansiyalar təqdim ediləcək. Sosial dəstək tədbirlərinin təşkili üçün işçi qruplar yaradılacaq.
Nərgiz Camal