Şəhid adının əbədiləşdirilməsi qaydasında dəyişiklik edilib

2019-09-11 10:27

Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib. Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab ediləcək.

Fərid Mehdiyev