"Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş poçt markaları buraxılacaq
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş poçt markaları buraxılacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” üzrə Tədbirlər Planında yer alıb. Plana əsasən, xüsusi poçt markaları, zərflər və poçt kartları hazırlanacaq, ölkə üzrə müxtəlif təbliğat materialları yerləşdiriləcək və nümayiş etdiriləcək. Həmçinin, Azərbaycanın daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələr buraxılacaq. Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq.
30 yanvar 2026

