"Şükürlər olsun ki, artıq torpaqlarımız düşmən işğalından qurtuldu”- Qurban Qurbanov
2020-11-10 14:09
"Şükürlər olsun ki, artıq torpaqlarımız düşmən işğalından qurtuldu. İnanıram ki, məcburi köçkünlərimiz tezliklə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbirsizliklə gözləyirəm”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. “Hər zaman komandama hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. Bundan sonra işğal haqda yox, bu zəfərdən danışacam", - deyə təcrübəli mütəxəssis sözlərinə əlavə edib.
Fərid Mehdiyev