Şükürbəylidə sosial infrastruktur genişlənir
Cəbrayıl rayonunun Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib, həmçinin bir sıra sosial və infrastruktur obyektləri tikilib. Layihə çərçivəsində 25 kilometr yol, üç avtomobil körpüsü və iki piyada körpüsü də tikilib.Bununla yanaşı, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının bəzi şöbələri 2027-ci ilin əvvəlində sakinlərə xidmət göstərəcək.

