Üzgüçümüz ölkə və şəxsi rekordunu yeniləyib
2021-04-30 14:13
Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Məryəm Şeyxəlizadəxangah Çexiyanda keçirilən üzgüçülük növü üzrə Beynəlxalq turnirdə bürünc medal qazanıb. Məryəm 50 metr sərbəst üsulda 26.83 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer ala bilib. Onun bu nəticəsi ölkə və şəxsi rekorddur.
Fərid Mehdiyev