Üzərindən və avtomobilindən xeyli narkotik aşkarlanan şəxs saxlanılıb
Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 2001-ci il təvəllüdlü Vəlixan Şirinov saxlanılıb. Onun üzərindən və avtomobilindən 23 kiloqram marixuana aşkarlanıb. V.Şirinov narkotik vasitəni İran vətəndaşı vasitəsi ilə gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirib.
Azad Mustafayev