ÜST-nin Baş direktoru yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus XIII Qlobal Bakı Forumunda ölkələri gələcək pandemiyalara hazırlıq və qlobal əməkdaşlığın gücləndirilməsinə çağırıb.ÜST rəhbəri bildirib ki, 2025-ci ildə hərbi xərclər 2,7 trilyon dollara çatıb və bu məbləğ 2030-cu ilə qədər aclığın aradan qaldırılması üçün lazım olan vəsaitdən 30 dəfə çoxdur. Qebreyesus vurğulayıb ki, COVID-19 pandemiyası milyonlarla insanın həyatına son qoyub və qlobal iqtisadiyyata böyük ziyan vurub. Onun sözlərinə görə, viruslar sərhəd tanımır və səhiyyə təhlükəsizliyi qlobal əməkdaşlıq tələb edir.
13 mart 2026

